Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 33-cü turuna təsadüf edib. O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub. Emin “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, premyer-liqada 44, ölkə kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.
Emin “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudu. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.
Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdu – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta