Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.
Publika.az xəbərə verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 33-cü turuna təsadüf edib. O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.
Peşəkar Futbol Liqasının məlumatına görə, Emin “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.
Mahmudov “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.