EN

Emin Mahmudov Kazbek Tuayevə çatdı, 15-ci oldu

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan təcrübəli yarımmüdafiəçi Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.

Arena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 33-cü turuna təsadüf edib.

O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.

Emin “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.

Emin Mahmudov “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vurmuş Kazbek Tuayevə çatıb.

Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.

Chosen
0
20
arena.az

10Sources