EN

"Böyük Dəbilqə": Azərbaycanın daha 2 cüdoçusu tatamiyə çıxacaq

Tacikistanın paytaxtı Düşənbədə "Böyük Dəbilqə" turniri davam edir.

Mayın 3-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə daha 2 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq. 

Operativ Media xəbər verir ki, -73 kq mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək. -81 kq çəkidə çıxış edən Süleyman Şükürov isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.

Yarış bu gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. 

Chosen
0
1
operativmedia.az

3Sources