Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.
İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxacaq.
Kişilər
60 kq
Balabəy Ağayev 1/8 finalda Muhammad Fathur Rohman (İndoneziya) - Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək.
66 kq
Yaşar Nəcəfov 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız yarışa 8 cüdoçu ilə yollanıb.
İdman.biz