EN

Gəncədə qadın küçə itlərinin hücumuna məruz qalıb



Gəncə şəhərində küçə itləri qadına xəsarət yetirib.

Newscenter.az-ın məlumatına görə, bu barədə “Report”un Qərb bürosu xəbər verir.

Gəncə şəhər ərazisində Goranboy rayon sakini 1977-ci il təvəllüdlü P.Əliyeva bir neçə küçə itinin hücumuna məruz qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Chosen
0
10
newscenter.az

10Sources