EN

"Bavariya" cənubi koreyalını 50 milyona satmağa hazırdı

Cənubi koreyalı mərkəz müdafiəçisi Kim Min Ce cari mövsümün sonunda "Bavariya"nı tərk edə bilər.

90deqiqe.Az xəbər verir ki, alman nəhənginin rəhbərliyi futbolçu üçün 40-50 milyon avro təklif etsələr, onunla ayrılmağa hazırdır.

28 yaşlı müdafiəçinin özü də sərfəli təklif alacağı təqdirdə Səudiyyə Ərəbistanına keçməyə hazırdır.

Ce 2023-cü ilin yayında "Napoli"dən "Bavariya"ya keçib. O, 2028-ci ilin ortalarına qədər əmək müqaviləsi imzalayıb. Bu mövsüm 28 yaşlı koreyalı 42 matçda iştirak edib, 3 qol vurub. Onun bazar dəyəri 45 milyon avro qiymətləndirilir.

Chosen
10
9
90deqiqe.az

10Sources