AZ

“Real”ın tərəddüdləri – 58 milyona dəyirmi?

“Real” “Bornmut”un müdafiəçisi Din Haysenin transferində tam əmin deyil.

Msport.az xəbər verir ki, “kral klubu” cəld tərpənməsə, 20 yaşlı futbolçu “Çelsi”nin formasını geyinə bilər.

Çünki londonlular qarşı tərəflə danışıqlara başlayıb. İspaniya nəhəngi də millinin mərkəz müdafiəçisini bəyənir. Onun sərbəstqalma məbləği isə 58 milyon avrodur. Ancaq madridlilər gənc oyunçu üçün bu qədər maliyyə vəsaiti yatırmaqda tərəddüd edir. Bu tərəddüdlərə səbəb əsas komandada Raul Asensionun performansıdır.

Qeyd edək ki, Din Haysen “Bornmut”a ötən il “Yuventus”dan keçib.

Seçilən
14
9
msport.az

10Mənbələr