EN

NATO: Rusiya uzunmüddətli təhlükə olaraq qalır – ÖZƏL

NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda ABŞ prezidenti Donald Trampla keçirilən görüşdən sonra bildirib ki, Rusiya NATO ərazisi və bütövlükdə Avro-Atlantik region üçün uzunmüddətli təhlükə olaraq qalır. 

Bu barədə Olaylar.az Deutsche Welle rus xidmətinə istinadla məlumat verir.

Rutte əlavə edib ki, Tramp administrasiyası NATO-ya sadiqdir, lakin ABŞ eyni zamanda Asiya-Sakit okean regionuna da daha çox diqqət yetirir.

NATO-nun Rusiya ilə bağlı narahatlıqları arasında nüvə silahlarının kosmosa yerləşdirilməsi ehtimalı da var. "Bizə məlumdur ki, Rusiya kosmosda nüvə silahı yerləşdirmə imkanlarını müzakirə edir", - deyə Rutte bildirib. O qeyd edib ki, bu cür addım 1967-ci il Kosmos haqqında Müqavilənin pozulması demək olacaq. NATO rəhbəri həmçinin vurğulayıb ki, Rusiyanın hazırkı kosmik texnologiyaları Qərb səviyyəsindən geri qalır və bu səbəbdən Moskva nüvə silahı ilə kosmosdakı potensialını artırmağa çalışır.acaq. NATO rəhbəri həmçinin vurğulayıb ki, Rusiyanın hazırkı kosmik texnologiyaları Qərb səviyyəsindən geri qalır və bu səbəbdən Moskva nüvə silahı ilə kosmosdakı potensialını artırmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
38
olaylar.az

10Sources