EN

ABŞ-nin daxili təhlükəsizlik nazirinin çantası restoranda oğurlandı

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Vaşinqtonun mərkəzində yerləşən restoranlardan birində qarət olunub.

BAKU.WS "CNN"ə istinadla xəbər verir ki, hadisə aprelin 20-də axşam saatlarında "Capital Burger" adlı restoranda baş verib.

Nazir restoranda nahar etdiyi zaman naməlum şəxs onun şəxsi əşyalarını oğurlayıb.

Müşahidə kameralarının görüntüləri xüsusi xidmət orqanları tərəfindən araşdırılıb. Kadrlarda tibbi maska taxmış ağdərili şəxsin nazirdən xəbərsiz onun çantasını götürərək restorandan uzaqlaşdığı əks olunub.

Çantada Kristi Noemə aid sürücülük vəsiqəsi, reseptlə yazılmış dərmanlar, ev açarları, pasport, DHS keçid kartı, şəxsi əşyalar və təxminən 3000 ABŞ dolları nağd pul olduğu bildirilib.

Chosen
31
50
far.az

10Sources