ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Vaşinqtonda restoranda nahar edərkən çantası oğurlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, insident aprelin 20-də Ağ Evdə keçirilən tədbirdən sonra baş verib
Kristi Noem Vaşinqtonda bir restoranda şam yeməyi yeyərkən maskalı naməlum şəxs tərəfindən çantası oğurlanıb.
Restoranın təhlükəsizlik kamerasına düşən görüntülərdə şübhəlinin çantanı götürərək məkandan uzaqlaşdığı əks olunub.
Çantada Noemin sürücülük vəsiqəsi, dərmanlar, ev açarları, pasportu, Daxili Təhlükəsizlik Departamentinin (DHS) giriş nişanı, makiyaj ləvazimatları, boş çeklər və təxminən 3000 dollar pul olduğu bildirilir.
Hadisədən sonra Gizli Xidmət oğurlanmış əşyaların icazəsiz istifadəsinin qarşısını almaq üçün araşdırmaya başlayıb.