EN

“Arsenal”ın 16 illik həsrəti bitdi

“Arsenal” 2009-cu ildən bəri ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Publika.az xəbər verir ki, London klubu buna 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Real”ı 2:1 hesabı ilə məğlub etməklə nail olub. İlk görüşdə də inamlı qələbə qazanan (3:0) Mikel Artetanın yetirmələri 16 illik fasilədən sonra qitənin bir nömrəli klub turnirinin yarımfinalında iştirak etmək hüququ qazanıb.

Madrid klubi isə 2019/20 mövsümündən sonra ilk dəfə turnirin yarımfinalına yüksələ bilməyib. “Qalaktikos” həmin vaxt 1/8 finalda “Mançester Siti”yə uduzub (1:2, 1:2).

Qeyd edək ki, “Arsenal” finala gedən yolda PSJ-yə rəqib olub. Bu görüşlər aprelin 29-da və mayın 6-da baş tutacaq.

Chosen
20
29
publika.az

10Sources