AZ

“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək

Fələstinin radikal “HƏMAS” hərəkatı ABŞ vətəndaşlığına malik olan israilli girovu azad edəcəyini təsdiqləyib.

“Report” xəbər verir ki, müvafiq bəyanat radikalların Telegram kanalında dərc olunub.

Qeyd olunub ki, “HƏMAS” son bir neçə gün ərzində ABŞ administrasiyası ilə danışıqlar aparıb və məsləhətləşmələrdən sonra müsbət münasibət nümayiş etdirmək və ikili vətəndaşlığı olan israilli girov Eden Aleksandrı azad etmək qərarına gəlib.

Eyni zamanda, hərəkat vurğulayıb ki, girovun azad edilməsi Qəzza zolağında atəşkəsin dayandırılması, o cümlədən anklavla sərhəddə bütün keçid məntəqələrinin açılması və humanitar yardımların gətirilməsi üçün görülən tədbirlərin tərkib hissəsi olmalıdır.

"Cebheinfo.az" 

Seçilən
0
39
cebheinfo.az

10Mənbələr