AZ

HƏMAS ABŞ vətəndaşı olan girovu azad etdi

HƏMAS

00:01

HƏMAS hərəkatı ABŞ vətəndaşı olan bir israilli girovu azad edəcəyini təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın Teleqram kanalında dərc olunub.

“HƏMAS son bir neçə gün ərzində ABŞ administrasiyası ilə danışıqlar aparıb və məsləhətləşmələrdən sonra müsbət münasibət nümayiş etdirmək və ikili vətəndaşlığı olan israilli girov Eden Aleksandrı azad etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.

***

HƏMAS İsrail əsilli amerikalı girov Eden Aleksandrı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Bu barədə "Kan" məlumat yayıb.

Seçilən
0
3
xalqcebhesi.az

10Mənbələr