AZ

Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı 4 nəfər -  2010-cu il təvəllüdlü Məmməd Nağıyeva,1986-cı təvəllüdlü Təranə Vəliyeva, 2021-ci il təvəllüdlü Durdanə Vəlizadə və 2012-cı il təvəllüdlü Nuray Nağıyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 

Seçilən
0
7
unikal.az

9Mənbələr