AZ

Ağstafada qəza olub: 4 nəfər xəsarət alıb

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 2010-cu il təvəllüdlü Məmməd Nağıyev, 1986-cı il təvəllüdlü Təranə Vəliyeva, 2021-ci il təvəllüdlü Durdanə Vəlizadə və 2012-ci il təvəllüdlü Nuray Nağıyevadır.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

\\Cebheinfo.az

Seçilən
0
7
hurriyyet.az

9Mənbələr