Ajans.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 2010-cu il təvəllüdlü Məmməd Nağıyev, 1986-cı il təvəllüdlü Təranə Vəliyeva, 2021-ci il təvəllüdlü Durdanə Vəlizadə və 2012-ci il təvəllüdlü Nuray Nağıyevadır. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.