AZ

Premyer Liqa: “Zirə” səfərdə “Səbail”i məğlub edib

Misli Premyer Liqasının XXXIV turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.

“Report”un məlumatına görə, “ASCO Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Davit Volkov vurub.

Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.

Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” - “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

Seçilən
0
8
report.az

9Mənbələr