Azərbaycan Premyer Liqasının 34-cü turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.
Msport.az xəbər verir ki, “ASCO Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub. Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.
Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” – “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.