AZ

“Zirə” səfərdə “Səbail”i məğlub etdi

Misli Premyer Liqasının XXXIV turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.

Publika.az xəbər verir ki, “ASCO Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub.

Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.

Seçilən
0
8
publika.az

9Mənbələr