AZ

Qarşıdan gələn ABŞ-Çin danışıqları bitkoinin bahalaşmasına səbəb olub

Bakı, 7 may, AZƏRTAC

Dünyanın ən böyük kriptovalyutası bu gün Sinqapurda 3,2 faiz artaraq 97 500 dollara çatıb.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, ikinci yerdə qərarlaşan “Ethereum” kriptovalyutası 4,2 faiz bahalaşıb. Müsbət dinamikaya ABŞ və Çin arasında ticarət məsələləri üzrə danışıqların aparılması ilə bağlı xəbərlər səbəb olub.

ABŞ maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymisson Qrir bu həftə İsveçrədə Çin hökuməti ilə görüş keçirəcəklər. Bu barədə xəbər investorlara ümid verib ki, dünyanın iki ən böyük iqtisadiyyatı razılığa gələ və ticarət gərginliyini azalda biləcək. Hindistan ilə Pakistan arasında münaqişə aktiv fazaya keçib, lakin ticarətçilər bunu elə də çox hiss etmirlər.

İnvestorların riskli aktivlərə marağı artır, - deyə “Bloomberg”in sorğusunda iştirak edən ekspertlər göstərir. Bu, ABŞ ilə Çin arasında ticarət dialoqunun bərpası ilə bağlıdır. Qlobal səhmlər yüksəlir, qızıl ucuzlaşır, dollar isə cüzi yüksəliş göstərir – bunlar riskli aktivlərin alınmasının klassik şərtləri və kriptovalyuta bazarları üçün əlverişli mühitdir.

Daha əvvəl rəqəmsal aktivlərə şübhə ilə yanaşan, lakin vəzifəyə qayıdan anda mövqeyini dəyişən ABŞ Prezidenti Donald Trampın kriptovalyuta siyasətinə dair optimizmi fonunda bitkoin yanvar ayında rekord qiymətə - 109 241 dollara çatıb. Amma ABŞ-a idxal olunan mallara tariflər siyasəti onun daha da ucuzlaşmasına səbəb olub.

Seçilən
0
1
azertag.az

7Mənbələr