AZ

Sumqayıt Teatrında premyera: "İrəvanda nəyim qaldı..."

Mayın 8-i saat 17:00-da Sumqayıt Teatrında yazıçı-dramaturq Hidayətin "Burdan min atlı keçdi" əsərinin motivləri əsasında hazırlanmış "İrəvanda nəyim qaldı..." tamaşasının premyerası keçiriləcək.

Modern.az xəbər verir ki, tamaşa yaxın tariximizin gerçək tarixi faktlarını, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman soydaşlarımıza qarşı aparılan gizli təxribatları, erməni ideoloqlarının ərazi iddialarını və Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın siyasi müstəvidə müdafiəsinə qalxmasını özündə ehtiva edir.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudun Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, məsləhətçilər isə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızıdır.

Qeyd edək ki, "İrəvanda nəyim qaldı..." tamaşası Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə ithaf olunur.

Seçilən
0
10
modern.az

10Mənbələr