AZ

Sumqayıt Dövlət Dram Teatrında “İrəvanda nəyim qaldı” tamaşasının premyerası keçirilib

Sumqayıt Dövlət Dram Teatrında “İrəvanda nəyim qaldı” tamaşasının premyerası keçirilib.

“Report”un yerli bürosu məlumat verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə, müəssisə, təşkilat rəhbərləri və teatrsevərlər iştirak edib.

Qeyd edək ki, yazıçı-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin motivləri əsasında hazırlanmış “İrəvanda nəyim qaldI” tamaşası yaxın tariximizin gerçək tarixi faktlarını, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman soydaşlarımıza qarşı aparılan gizli təxribatları, erməni ideoloqlarının ərazi iddialarını və Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın siyasi müstəvidə müdafiəsinə qalxmasını özündə ehtiva edir. Ulu Öndər sovet dönəmində hakimiyyətə gələrkən təkcə Azərbaycan tarixinə, mədəniyyətinə, toponiminə mənəvi terror həyata keçirən məkrli ermənilərə qarşı deyil, həm də onları müdafiə edən Mərkəzi hakimiyyətlə mübarizə aparırdı. Daşıdığı vəzifə, sovetlərin qanunları çərçivəsində bu, böyük risk idi. Amma dahi şəxsiyyətin zəkası, dəmir məntiqi, siyasi iradəsi və idarəçilik təcrübəsi onun qalibiyyətinə rəvac verirdi. Tamaşa boyunca bu faktlar dialoqlar, bəzən də monitor vasitəsilə kinoxronika olaraq çatdırılır.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudun Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, məsləhətçilər isə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızıdır.

Qeyd edək ki, “İrəvanda nəyim qaldı” tamaşası Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə layiqli töhfədir.

Seçilən
0
10
report.az

10Mənbələr