AZ

Şəhid atası meşədə itkin düşdü

Daşkəsəndə şəhid atası meşədə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, şəhid atası, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən  saat 17:00 radələrində  kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə  qayıtmayıb.

Bildirilib ki, o, son olaraq dünən axşam saatlarında qızı ilə əlaqə saxlayıb və evə gələcəyini deyib. Lakin daha sonra K.Abdullayevdən xəbər almaq mümkün olmayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hazırda K.Abdullayevin yerinin müəyyən edilərək tapılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Kamil Abdullayev Birinci Qarabağ müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır.

Seçilən
0
20
qafqazinfo.az

10Mənbələr