AZ

Daşkəsəndə şəhid atası meşədə itkin düşdü — YENİLƏNİB

Daşkəsəndə itkin düşən şəhid atası ilə bağlı rəsmi açıqlama verilib.

Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Daşkəsən rayonunda meşədə itkin düşən şəhid atası ilə bağlı verilən açıqlamada deyilir:

"Hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək".

***09:24

Daşkəsən rayonunun Bayan kənd sakini meşədə itkin düşüb.

Demokrat.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu mayın 4-də saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, lakin evə qayıtmayıb.

Hazırda onun axtarışları davam etdirilir.

Seçilən
0
20
demokrat.az

10Mənbələr