AZ

Şəhid atası meşədə itkin düşdü

Şəhid atası meşədə itkin düşüb.

 

Hadisə Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb.

 

Hazırda onun axtarışları davam etdirilir./Teleqraf

Tarix: 5 May 2025, 10:32   
Seçilən
0
20
pravda.az

10Mənbələr