AZ

Basketbol: Finalın ikinci oyununda da “Sabah” sevindi

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün final seriyasının ikinci oyunu keçirilib.

Arena.az xəbər verir ki, həlledici mərhələnin ikinci oyunu da Bakı İdman Sarayında baş tutub.

Son çempion “Sabah” “Neftçi”ni sınağa çəkib. Rimas Kurtinaytisin komandası 2-ci görüşdə də bu rəqibini məğlub edib – 86:77

Komandalar arasında növbəti iki qarşılaşmanın mayın 6-da və 8-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, final seriyasının birinci görüşündə “Sabah” “ağ-qaralar”ı 94:89 hesabı ilə məğlub etmişdi.

Azərbaycan Basketbol Liqası
Final seriyası, 2-ci oyun
4 may

“Neftçi” – “Sabah” 77:86 (19:9, 21:26, 20:20, 17:31)
Bakı İdman Sarayı.

Seçilən
0
1
arena.az

10Mənbələr