AZ

ABL: “Neftçi” yenə “Sabah”a məğlub oldu

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası keçirilib.

Apasport.az xəbər verir ki, həlledici mərhələnin ikinci oyunu baş tutub.

Son çempion “Sabah” Bakı İdman Sarayında “Neftçi”ni sınağa çəkib. Rimas Kurtinaytisin komandası 2-ci görüşdə də qalib gəlib - 86:77.

Komandalar arasında növbəti iki qarşılaşmanın mayın 6-da və 8-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, final seriyasının 1-ci görüşündə "Sabah" “ağ-qaralar”ı 94:89 hesabı ilə məğlub edib.

Azərbaycan Basketbol Liqası

Final, 2-ci oyun

14:00. “Neftçi” – “Sabah” - 77:86 (19:9, 21:26, 20:20, 17:31)

“Neftçi” “Sabah”a qarşı

“Ordu”nun kapitanı: “Heyətdə yerli oyunçu problemi vardı”

Millilərimiz hazırlıqlara başlayıblar

“Sumqayıt” baş məşqçisi ilə yolları ayırdı - RƏSMİ

İtaliya millisi Bakıya gəlir

Seçilən
0
11
apasport.az

10Mənbələr