Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edəcək.
"Football-plus.az" xəbər verir ki, bu gün həlledici mərhələnin ikinci oyunu baş tutacaq.
Son çempion “Sabah” Bakı İdman Sarayında “Neftçi”ni sınağa çəkəcək. Rimas Kurtinaytisin komandası 1-ci görüşdə “ağ-qaralar”ı 94:89 hesabı ilə məğlub edib.
Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda çempion olacaq. Növbəti iki qarşılaşmanın mayın 6-da və 8-də keçirilməsi planlaşdırılır.
Azərbaycan Basketbol Liqası
Final, 2-ci oyun
4 may
Neftçi – Sabah
Bakı, İdman Sarayı. Saat 14.00.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta