Almaniyanın Ştutqart şəhərinin mərkəzində, qatar stansiyasının yaxınlığında avtomobil insan izdihamına çırpılıb.
APA xəbər verir ki, bu barədə “X”-də şəhər polisindən məlumat verilib.
Polisin verdiyi məlumata görə hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisədə şübhəli bilinən qara rəngli “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Hadisənin qəza olub-olmadığı və ya sürücünün qəsdən hərəkət edib-etmədiyi hələlik məlum deyil.