AZ

Ştutqartda avtomobil insan izdihamına çırpılıb, xəsarət alanlar var

Almaniyanın Ştutqart şəhərinin mərkəzində, qatar stansiyasının yaxınlığında avtomobil insan izdihamına çırpılıb.

APA xəbər verir ki, bu barədə “X”-də şəhər polisindən məlumat verilib.

Polisin verdiyi məlumata görə hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədə şübhəli bilinən qara rəngli “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Hadisənin qəza olub-olmadığı və ya sürücünün qəsdən hərəkət edib-etmədiyi hələlik məlum deyil.
Seçilən
0
3
sherg.az

10Mənbələr