AZ

Almaniyada maşın izdihamın üzərinə sürüldü: yaralılar var

Almaniyanın Ştutqart şəhərində sürücü avtomobili izdihamın üzərinə sürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər polisinin X hesabında məlumat verilib.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədə şübhəli bilinən “Mersedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Hadisənin qəza olub-olmadığı bəlli deyil.

Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, yaralılara yerindəcə tibbi yardım göstərilib.

Seçilən
0
13
bakivaxti.az

10Mənbələr