AZ

Almaniyada avtomobil izdihama çırpıldı

Almaniyanın Ştutqart şəhərində avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində ən azı 3 nəfərin yaralandığı bildirilir.

Qaziler.az bildirir ki, Almaniya polisindən verilən açıqlamada, bir qrup insanı avtomobilin vurması nəticəsində yaralananların olduğu bildirilib.

Açıqlamada hadisənin baş verdiyi ərazinin mühasirəyə alındığı, yaralılara yerindəcə tibbi yardım göstərildiyi bildirilib.

Yerli media ən azı 3 nəfərin yaralandığını, şübhəli sürücünün saxlanıldığını bildirib.

Hadisənin qəza və ya terror aktı olması ilə bağlı hələlik açıqlama verilmir.

QAZİLER.AZ

Seçilən
0
13
qaziler.az

10Mənbələr