AZ

“Sabah” çempion oldu

U-17 Qızlar Liqasında növbəti oyunlar keçirilib.

İdmanxeber.az xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası evdə “Zaqatala City” ilə qarşılaşıb. Oyun Masazır təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib – 14:0.

Matçda qollara Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıblar.

Bu qələbədən sonra Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çempionatın sonuna 2 tur qalmış çempionluğu təmin edib.

Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət U-17 komandası ötən il də mövsümü çempion kimi başa vurmuşdu. 

Seçilən
3
7
idmanxeber.az

8Mənbələr