AZ

"Sabah" çempionluğunu darmadağınla rəsmiləşdirib - 14:0!

U-17 Qızlar Liqasında növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası evdə “Zaqatala City” ilə qarşılaşıb. Oyun “bayquşlar”ın böyük hesablı qələbəsi ilə nəticələnib - 14:0.

Matçda qollara Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıblar.

Bu qələbədən sonra Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çempionatın sonuna 2 tur qalmış çempionluğu təmin edib.

Qeyd edək ki, "Sabah"ın qızlardan ibarət U-17 komandası ötən il də mövsümü çempion kimi başa vurmuşdu.

Aygün Kazımova və Aleyna Tilki dünya çempionatında səhnə alacaqlar

"Trabzonspor"dan "Traktor"a dəstək: "Azərbaycan türklərinin qüruru" - FOTO

“Bahar turniri”nin qalibləri müəyyənləşib

Günün matçları bu kanallarda - SİYAHI

Kurban Berdıyev “Rubin” klubunun qonağı olub

Seçilən
12
7
apasport.az

8Mənbələr