Gəncədə iki avtomobilin toqquşması bir nəfərin xəsarət alması ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin yaşayış qəsəbələrindən birində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" və "Toyota" markalı minik avtomobillərinin toqquşması zamanı 1996-cı il təvəllüdlü A. Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu