Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Taleh İsmayılov avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil maneəyə çırpılıb.
Hadisə zamanı 29 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta