AZ

Uyğun təklif alan kimi hücumçusunu satacaq - Premyer Liqanın yeni çempionu

“Liverpul”un hücumçusu Kodi Qakponun yay transfer dönəmində komandadan ayrılmaq ehtimalı var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya yalnız “Bayern” deyil, həm də adları açıqlanmayan iki digər klub maraq göstərir.

“Liverpul” rəhbərliyi uyğun təklif alacağı təqdirdə, Qakponu satmağa hazırdır.

Niderlandlı oyunçu ilə bağlı artıq bir neçə ilkin sorğu göndərilib, ancaq hələ konkret təklif yoxdur.

Qakpo 2024/25 mövsümündə bütün turnirlərdə 49 oyunda iştirak edib, 18 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
2
sportinfo.az

10Mənbələr