Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün startı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Peşəkar Futbol Liqasının qərarına əsasən, yeni mövsüm 15 avqust tarixində başlanacaq.
Premyer Liqada 2024/25 mövsümünə 2 gün əvvəl yekun vurulub. Mövsümün çempionu "Qarabağ" olub. "Zirə" 2-ci, "Araz-Naxçıvan" isə 3-cü yeri tutub.