Finss.az - 21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2018002025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"Unibank Kommersiya Bankı" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2018002025 |
İstiqraqzların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları |
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli Hərrac |
İstiqrazların sayı |
4,000 ədəd |
İlkin ticarət qiyməti |
1,000 ABŞ dollar |
Buraxılış həcmi |
4,000,000 ABŞ dollar |
İllik gəlirlilik faizi |
8% |
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir |
Tədavül müddəti |
6 il |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
4,000,000 ABŞ dollar |
Reallaşdırılmış həcm |
4,000,000 ABŞ dollar |
Hərrac qiyməti |
1,000 ABŞ dollar |
İnvestor sayı |
61 |
Sifariş sayı |
61 |
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |
Zemfira Ms
Finss.az