AZ

"Unibank Kommersiya Bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Finss.az - 21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2018002025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Unibank Kommersiya Bankı" ASC

Dövlət qeydiyyat nömrəsi

– İSİN

AZ2018002025

İstiqraqzların növü və forması

Faizli, təminatsız, sənədsiz,

adlı subordinasiya istiqrazları

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli Hərrac

İstiqrazların sayı

4,000 ədəd

İlkin ticarət qiyməti

1,000 ABŞ dollar

Buraxılış həcmi

4,000,000 ABŞ dollar

İllik gəlirlilik faizi

8%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən,

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə,

hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti

6 il

Sifarişlərin ümumi həcmi

(nominal qiymətlə)

4,000,000 ABŞ dollar

Reallaşdırılmış həcm

4,000,000 ABŞ dollar

Hərrac qiyməti

1,000 ABŞ dollar

İnvestor sayı

61

Sifariş sayı

61

Anderrayter

“Unicapital İ.Ş.” ASC

Zemfira Ms
Finss.az

Seçilən
0
6
fins.az

10Mənbələr