Əfqanıstanın şərqində yerləşən Laqman əyalətinin Əlinqar rayonunda yerli hakimiyyət orqanları əhalidən müsadirə olunmuş 109 musiqi alətini məhv ediblər.
Milli.Az xəbər verir ki, gitara və zərb alətləri də daxil olmaqla, yüzdən artıq musiqi aləti ictimai şəkildə yandırılıb.
Bu addım "Taliban" hərəkatının hakimiyyətə gəldikdən sonra ölkədə tətbiq etdiyi musiqi yasağı çərçivəsində atılıb. Bu, musiqinin cəmiyyətə təsirinin "mənfi" olduğu iddiasına əsaslanaraq həyata keçirilib.
Asya
Milli.Az