Ənənəvi üsullardan fərqli olaraq, suyun altında və bədən daxilində işləyə bilən yeni nəsil simsiz enerji doldurma texnologiyası hazırlanıb. Ultrasəs dalğaları ilə işləyən sistem tibbi cihazlar və sualtı texnologiyalar üçün üstünlük vəd edir.
Publika.az xəbər verir ki, bununla bağlı Koreya Elm və Texnologiya İnstitutunun (KIST) və Koreya Universitetinin tədqiqatçıları birgə araşdırma aparıb.
Onlar ultrasəs dalğaları ilə işləyən və insan orqanizmi ilə tam uyğunlaşan ultrasəs qəbuledicisi hazırlayıblar. Cihaz ənənəvi simsiz enerji doldurma üsullarından fərqli olaraq su altında və dərialtı implantlarla da işləyə bilir.
Sınaqlarda bu sistem suyun 3 sm dərinliyində 20 MVt, insan dərisinin 3 sm altında isə 7 MVt enerji verib. Bu, aşağı enerjili implantlar və geyilə bilən cihazlar üçün davamlı enerji təmin etməyə kifayətdir.