AZ

Azərbaycanın parakamandan oxatma üzrə millisi Romada Avropa Kubokunda iştirak edir

Azərbaycanın parakamandan oxatma üzrə millisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa Kubokunda iştirak edir.

"Report" xəbər verir ki, bu gün start götürən yarış mayın 31-dək davam edəcək.

Turnirdə paralimpiyaçılardan Əli Nəbiyev, Ceyhun Nəbiyev və Şahin Cabbarov qalib adı uğrunda mübarizə aparır.

Qeyd edək ki, yığmanı yarışa baş məşqçi İlqar Abbasov hazırlayır.

Seçilən
0
4
report.az

6Mənbələr