AZ

Parakamandan oxatma üzrə millimiz Qaxda təlim-məşqlərə başlayıb

Parakamandan oxatma üzrə millimiz Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.

İdman.biz xəbər verir ki, mayın 20-dək davam edəcək toplanışında 7 idmançı iştirak edir.

Baş məşqçi İlqar Abbasovun rəhbərlik etdiyi toplanışa kişi paralimpiyaçılarımızdan Əli Nəbiyev, Şahin Cabbarov, Ceyhun Nəbiyev, İsmayıl Allahverdiyev və Qalib Əliyev, qadınlardan isə Rəqsanə Hümbətzadə ilə Azadə Abdullayeva cəlb ediliblər.

Toplanış 24 may-1 iyunda İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa kubokuna hazırlıq xarakteri daşıyır.

İdman.biz

Seçilən
0
4
idman.biz

5Mənbələr