Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında 5.1 bal gücündə zəlzələ baş verib.
Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağı yerin 54 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə hər hansı məlumat verilməyib.