Ajans.az xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb. Yeraltı təkanlar bazar ertəsi, mayın 26-da yerli vaxtla saat 17:47-də qeydə alınıb. Onların maqnitudası 5,3-ə çatıb ki, bu da güclü zəlzələ hesab olunur. Təbii fəlakətin episentri Hokkaydonun cənubundakı Tokaçi bölgəsində olub. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib. Tələfat və ya adada infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib. Ölkədə sunami təhlükəsi elan olunmayıb.