AZ

“Kalaşnikov”la gəzən şəxsə 3 il həbs cəzası verildi

Ali Məhkəmədə qanunsuz olaraq silah gəzdirmədə təqsirləndirilən Mehman Axundovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.  

 

İttihama görə, Mehman Axundov Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 19 yanvar 2024-cü il tarixdə, saat 13:30 radələrində rayonun Şorabad qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərinə müdafiəçisinin iştirakı və videoçəkiliş tətbiqi ilə keçirilmiş şəxsi axtarış zamanı əlindəki kisədə bir ədəd “Kalaşnikov” konstruksiyalı, “AK-103” markalı odlu silah hesab edilən 1 ədəd avtomat, onun komplekt hissəsi hesab edilən 1 ədəd sandıqça və döyüş sursatı hesab edilən 21 ədəd patron aşkar olunaraq götürülüb.

 

Xızı Rayon Məhkəməsinin hökmü ilə Mehman Axundov 3 il müddətə azadlıqdan məhrum edilib. Həmin hökmündən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 26 May 2025, 08:22   
Seçilən
0
50
pravda.az

10Mənbələr