AZ

Doğum günündə maşın vurub öldürmüşdü - Dostu həbs edildi

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs həbs edilib.
 
Moderator.az-ın "Qafqazinfo"ya istinadla xəbərinə görə, Şərur Rayon Məhkəməsinin hökmü ilə rayonun Çomaxtur kənd sakini 1963-cü il təvəllüdlü Xəlil Xəlilova 5 il 1 ay həbs cəzası verilib.
 
O, məhkəmə zalında həbs olunub. Əlavə olaraq onun 2 il nəqliyyat vasitəsi idarə etmək hüququ da məhdudlaşdırılıb.
 
Bildirilib ki, ağır qəza ötən il noyabrın 11-də elə Çomaxtur kəndində baş verib. "Mercedes-Benz" markalı avtomobilində həyat yoldaşı ilə birgə qohumunun yas mərasiminə gedən Xəlil yolda təsadüfən dostu Qurbanı vurub.
 
Mərhumun ailə üzvləri bildiriblər ki, hadisə baş verən gün Qurbanın doğum günü olub. O, təqsirləndirilən sürücü ilə dost olub və vaxtaşırı kənddəki çayxanada domino oynayırmış.
 
Həmçinin iddia edilib ki, hadisə vaxtı Xəlil avtomobili saatda 140 kilometr sürətlə idarə edirmiş.
Seçilən
0
50
moderator.az

10Mənbələr