BAKI, 25 may. TELEQRAF
Rusiyalı teatr və kino aktyoru Gennadi Tretyakov 83 yaşında vəfat edib.
Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi barədə məlumat verilmir.
O, karyerası ərzində "Kişilər ağlamaz" (2005), "Şərəfiniz" (2006), "Qurd Messinq: Zamanı görən" (2009), "İvan da Marya" detektiv agentliyi” (2010), "Insight" (2010), kimi film və seriallarda rol alıb.